Masallı Uşaq-Gənclər İdman-Şahmat məktəbində “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” mövzusunda uşaqlar, yeniyetmələr və gənclər arasında şahmat idman növü üzrə yarış keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.
Uşaq-Gənclər İdman-Şahmat məktəbində start götürən yarış 4 gün davam edəcək. İsveçrə sistemi üzrə keçirilən yarışa 12, 14, 16 yaş kateqoriyası üzrə 45-dən çox iştirakçı qatılıb. Turnir 7 turdan ibarətdir.
Qeyd edək ki, yarışın sonunda l, ll və lll yerə layiq görülmüş şahmatçılar “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi, Masallı rayon Gənclər və İdman idarəsi və Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi tərəfindən diplomlarla və medallarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, yarışma “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” çərçivəsində keçirilir.