SON XƏBƏRLƏR

Masallıda Vətən müharibəsi zamanı şəhadətə ucalmış igidlərimizin xatirəsi yad edilib. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan turnirdə qazilər, şəhid ailələri, dövlət qurumunun əməkdaşları və digərləri azarkeş qismində iştirak ediblər. Maraqlı oyunların keçirildiyi turnirdə məktəb komandaları çıxış ediblər.

Minifutbol komandaları şəhidlərimizin xatirəsinin əziz tutulması və onların adlarının gələcək nəsillərə ötürülməsi üçün meydanda tər töküblər.