SON XƏBƏRLƏR

Masallı rayonunda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turnirinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.

Üç gün (8, 10, 11 may) davam edəcək yarışlar dairəvi və İsveçrə sistemi ilə 5 yarımqrupda, 8, 10, 12, 14, 16 yaş qrupları üzrə keçirilir.

Turnirin qalibləri mayın 12-də, şəhid mayorun doğum günündə təşkilat komitəsi tərəfindən mükafatlandırılacaqlar.