SON XƏBƏRLƏR

Masallı Olimpiya İdman Komplekslərində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, 1 noyabr tarixində keçiriləcək turnirdə 3000 metr məsafəyə qaçış və turnikdə dartınma növləri üzrə Masallı rayonu birinciliyi keçiriləcək. Yarışlarda 20-25 yaşlı gənclər iştirak edə bilərlər.

Yüksək nəticə qazanan gənclərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında və Daxili Qoşunlarında işə götürülmədə üstünlük veriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq keçiriləcək.