SON XƏBƏRLƏR

Masallıda keçirilən minifutbol turnirinin yarımfinal oyunları baş tutacaq. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” turnirinin yarımfinal oyunları baş tutacaq. Turnirin 1/2 oyunları 24 noyabr tarixində təşkil olunacaq:

  • “UGİM” FK –  “Qaz İdarəsi” FK – saat 18:00
  • “Banks United” FK – “Masal Mebel” FK – saat 19:00