SON XƏBƏRLƏR

Masallıda keçirilən minifutbol turnirinin final qarşıdurması keçiriləcək. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunan turnirin final oyunu baş tutacaq.

Final mərhələsində “Azəriqaz” FK “Masal Mebel” FK ilə qarşılaşacaq. Oyun 14 dekabr saat 17:00-da “Viləş” minifutbol stadionunda keçiriləcək.

“Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” adlı yarışma idarə, müəsissə və təşkilatların əməkdaşları arasında baş tutub.