SON XƏBƏRLƏR

Masallıda Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə növbəti Respublika turniri təşkil olunacaq. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Turnir 15-16 oktyabr tarixlərində Masallı rayon Olimpiya İdman Kompleksində baş tutacaq. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yarışmada yeniyetmələr -41, -45, -48, -51, -55, -60, -65,-71, -80, -92 və -110 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Birinciliyin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin təqdimatı ilə Nadir Ağayev haqqında çəkilmiş qısametrajlı filmin nümayişi nəzərdə tutulub.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə