SON XƏBƏRLƏR

Masallı rayon Sərçuvar kənd stadionunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında gənclər arasında minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Turnir iştirakçıları Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədovun büstü, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirə-bulağı ziyarət olunub.

Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, yunan-Roma güləşi üzrə gənclərdən ibarət ölkə yığmasının üzvü, dəfələrlə ölkə çempionu, beynəlxalq turnirlərin qalibi, bu ilin sentyabrında Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatının bürünc medalçısı (97 kq) Arif Niftullayev, Vətən müharibəsi şəhidləri Səməndər İsgəndərovun qardaşı Nahid İsgəndərov, Elgün Mikayılovun atası Aqil Nağıyev və digərləri iştirak ediblər.

İlk turnirin nəticlərinə görə:

  • “Ərkivan” – “Birinci Yeddioymaq” 7:2;
  • “Kolatan” FK – “Eminli” FK 2:0;
  • “Qızılavar” FK – “Sərçuvar” 1-0.