SON XƏBƏRLƏR

Masallıda təşkil olunan minifutbol turnirinin 1/4 final oyunları baş tutub. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş turnirin oyunları “Ərkivan Arena”da keçirilib. “UGİM” futbol komandası “Xəstəxana” futbol komandası ilə qarşılaşıb. Oyun “UGİM”-in 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə “Banks United” futbol komandası “Azərişıq” futbol komandasını sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun sonunda “Banks United” 3:2 hesabı ilə qələbə qazanıb.