SON XƏBƏRLƏR

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş stolüstü tennis turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Xırmandalı kənd tam orta məktəbinin idman zalında təşkil olunan yarışlar öncəsi 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, şagirdlər faciə qurbanlarına həsr edilmiş şeirlər səsləndiriblər.

80-ə yaxın məktəbli idmançının qatıldığı turnir maraqlı və gərgin mübarizə şəraitində keçib.

Turnirin yekun nəticələrinə əsasən, qalib və fərqlənən idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıblar.

Yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların stolüstü tennis idman növünə marağının artırılmasıdır.

Qeyd edək ki, turnir Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.