Şəhid mayor Anar Novruzovun əziz xatirəsinə həsr olunmuş turnir təşkil olunacaq. Bu haqda bu gün, 6 may tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Şahmat idman növü üzrə keçiriləcək yarışma 8 may saat 10:00-da baş tutacaq. Məktəblilərin iştirak edəcəyi turnir Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq.