SON XƏBƏRLƏR

Masallıda tir atıcılığı yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.

Belə ki,  hər iştirakçıya 3 şans verilib və ən çox xal toplayan iştirakçı qalib olub. Yekuna əsasən:

  • I yerə Vəliyev Telman;
  • II yerə Rəhmanov Samir;
  • III yerə Məhərrəmov Samir;
  • fərqləndiyinə görə Əliyev Zəfər layiq görülüblər.

Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, yarışma Masallı rayon Gənclər və İdman idarəsinin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Şuşa ili münasibətilə keçirilib.