SON XƏBƏRLƏR

Masallıda keçirilən minifutbol turnirinin qalibi bəlli olub. Bu haqda bu gün, 15 dekabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi ilə bağlı olaraq, “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” adı altında idarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirə yekun vurulub.

Finalda “Azəriqaz” komandası  “Masal mebel” komandasına qalib gələrək turnirin qalibi adına layiq görülüb. “UGİM” komandası və “Banks United” komandaları 3-cü yerdə qərarlaşıb.

Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirdə ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara təşəkkürnamələr və hədiyyələr, turnirin qalibinə isə kubok, diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən də turnirdə iştrak edən komandalar hədiyyələrlə mükafatlandırılıb.