SON XƏBƏRLƏR

Masallıda yeniyetmələr arasında güləş çempionatı keçirilib. Bu haqda bu gün, 17 aprel tarixində Cenublu.az Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən xəbər verir.

Ümummilli Liderin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə rayon turniri təşkil olunub.Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbinin idman zalında təşkil olunan yarışlar öncəsi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumtəhsil müəssisələrinin uşaq və yeniyetmə atletlərinin qatıldığı yarışların yekun nəticələrinə görə, ilk üç yeri tutan güləşçilər təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.