SON XƏBƏRLƏR

Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.

Heydər Əliyev parkında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilən idman festivalında iştirakçılar cüdo, taekvondo, boks, güləş, voleybol və futbol idman növlərində bacarıqlarını göstəriblər. Həmçinin idmançılar, məşqçi-müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkında yeni yaradılmış idman qurğularından istifadə ediblər.

Festivalın keçirilməsində əsas məqsəd gənclərdə idman növlərinə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclərin arasında fiziki aktivliyi artırmaqdır.

Qeyd edək ki, festival Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-in və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.