SON XƏBƏRLƏR

Masallıda gənclərin idmana və sağlam həyat tərzinə maraqlarını artırmaq üçün tədbir təşkil olunub. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

“Sağlam həyat” layihəsi çərçivəsində baş tutan tədbirdə gənclər taekvondo idman növü ilə məşğul olublar. Masallı şəhər N.Gəncəvi adına parkda keçirilən kütləvi idman tədbirində gənclər idman növünün incəliklərini öyrəniblər.

“Taekvondo hamı üçün” tədbirinin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil olunmasıdır.