SON XƏBƏRLƏR

Masallı şəhərində Zəfər Gününə həsr olunmuş cüdo idman növü üzrə rayon turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Yarış Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Burada 80 nəfər uşaq və yeniyetmə iştirak edib.

Turnirdə I , II, III yerləri tutan idmançılara diplom və medallar təqdim olunub.

Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.