Masallıda boks idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş boks idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
İki gün davam edən yarışda Masallı rayon idmançıları ilə yanaşı, Lənkəran şəhərini təmsil edən idmançılar iştirak ediblər.
Birincilikdə qalib gəlmiş idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.