Masallıda fiziki məhdudiyyətli uşaqlar üçün boççiya idman növü üzrə dərslər başlayır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Masallı Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri fiziki məhdudiyyətli uşaqlar və onların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlərlə maarifləndirici söhbətlər aparılıb və bu idman növünün Masallı rayonunda fəaliyyətə başlamasının əsas məqsədinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha dolğun inteqrasiyasına, onların özlərini inkişaf etdirməsinə, sosial reabilitasiyasına köməklik etməkdən ibarət olduğunu bildirib.
Qeyd edək ki, bu idman növü üzrə məşqlər Masallı Olimpiya Kompleksində boççiya idman növü üzrə paralimpiyaçı Bəhruz Mirzəyev tərəfindən təşkil ediləcək.