SON XƏBƏRLƏR

Masallıda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş turnirin yarımfinal oyunları keçirilib. Bu haqda bu gün, 25 noyabr tarixində Cenublu.az Masallı rayon İdman və Gənclər idarəsinə istinadən xəbər verir.

“Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” devizi altında İdarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirin ilk oyununda  “UGİM” futbol komandası və “Qaz İdarəsi” qarşılaşıb. Oyunun sonunda 2:0 hesabı ilə “Qaz İdarəsi” qalib gəlib.

“Viləş” minifutbol stadionunda keçirilən növbəti oyunda “Banks United” “Masal Mebel”lə üz-üzə gəlib. Oyun 1:3 hesabı ilə “Masal Mebel” futbol komandasının xeyrinə başa çatıb.