SON XƏBƏRLƏR

Masallıda məktəblilər arasında Respublika birinciliyi yarışları təşkil edilib. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Masallı Rayon Olimpiya İdman Kompleksində baş tutan turnirdə məktəblilər arasında atletika idman növü üzrə yarışlar keçirilib. Yarışların rayon mərhələsinə 66 məktəbdən 300 nəfərdən artıq idmançı (qız və oğlan olmaqla) qatılıb.

Gərgin mübarizə şəraitində keçən yarışların nəticəsinə əsasən, Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası birinci, Qəriblər kənd orta məktəbinin komandası ikinci, M.İbayev adına Səmidxan kənd orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov bildirib ki, yarışların keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.