SON XƏBƏRLƏR

Masallıda Zəfər Gününə həsr edilmiş “Zəfər kuboku” adlı voleybol idman növü üzrə rayon birinciliyinin qalibləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

8 məktəb komandası arasında keçirilən yarışmanın yekun nəticəsinə əsasən:

  • I yerə -Türkoba kənd S.Vurğun adına tam orta məktəb;
  • II yerə – Hişkədərə kənd E.Ağayev adına tam orta məktəb;
  • III yerə – Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalara təşkilat komitəsinin diplomları təqdim olunub.