SON XƏBƏRLƏR

Masallı Olimpiya Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş XXVI respublika güləş turnirinə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışda 29 komanda tərkibində 182 nəfər 2006-2007-ci il təvəllüdlü güləşçi 11 çəki dərəcəsində mübarizə aparıb.

Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq, AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışların yekun nəticəsinə əsasən, komanda hesabında Sumqayıt, Masallı və Göyçay idmançıları fərqləniblər.

Masallı atletlərindən Əmrah Əmrahov (45 kq) birinci, Rəvan Həşimzadə (55 kq), Nizami Şükürov (92 kq) ikinci, Ravin Kərimov (71 kq) isə üçüncü yerə sahib olublar.

İlk üç yeri tutmuş idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pulla mükafatlandırılıblar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

Masallı rayon Gənclər və İdman İdarəsi
Masallı rayon Gənclər və İdman İdarəsi
Masallı rayon Gənclər və İdman İdarəsi
Masallı rayon Gənclər və İdman İdarəsi
Masallı rayon Gənclər və İdman İdarəsi
Masallı rayon Gənclər və İdman İdarəsi