SON XƏBƏRLƏR

Masallı idmançısı yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan birinciliyinin qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

49 kq çəki dərəcəsində mübarizə aparan Mətləb Əliyev bütün rəqiblərinə qalib gələrək respublika çempionu adına layiq görülüb.

Qeyd edək ki, o, Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir.