SON XƏBƏRLƏR

Masallı taekvondoçuları Bakı şəhərində “18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri üzrə keçirilən festivalda uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, idmançılarımız Şükürzadə Əli (24 kq), Rəsulzadə Zaur (30 kq), Bayramova Zəhra (27 kq), Hüseynova Zəhra (24 kq), Şahverdiyev Murad (30 kq), Əsədullayev Ramid (36 kq), Sadıqlı Hüseyn (33 kq), Məmmədov Murad (49 kq), Məmmədəliyev Nəzir (24 kq), Alışov Əli (33 kq), Məmmədov Əkbər (37 kq), Vəliyev Vüsal (59 kq) ümumillikdə 4 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançıların məşqçi-müəllimi Sadiq Ağayevdir.