SON XƏBƏRLƏR

Masallılı taekvondoçular Azərbaycan millisinin heyətində çıxış edəcəklər. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

27 sentyabr tarixində Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. Milli heyətin tərkibində G2 kateqoriyalı açıq Albaniya çempionatında Samir Məhərrəmov (63 kq) və Rahid Vəliyev (54 kq) mübarizə aparacaqlar.

İdmançılarımız turnirdə baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çıxış edəcəklər.