SON XƏBƏRLƏR

Gürcüstanın Rustavi şəhərində keçirilən taekvondo üzrə açıq birincilikdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin 3 idmançısı uğurlu nəticə göstərib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

İki gün (21, 22 yanvar) davam edən turnirə 10 komandanın tərkibində 150-dən artıq idmançı qatılıb.

Yarışın nəticələrinə əsasən, Masallı taekvondoçularından Hüseyn Sadıqlı (33 kq) və Murad Cahangirov (37 kq) qızıl, Zaur Rəsulzadə (30 kq) isə bürünc medala layiq görülüblər.

Hüseyn Sadıqlı eyni zamanda açıq birinciliyin ən yaxşı idmançısı kimi kubokla təltif edilib.

Qeyd edək ki, komandanın məşqçi-müəllimi Sadiq Ağayevdir.