Masallıdan olan pəhləvan Azərbaycan çempionatında gümüş medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatında 97 kg çəki dərəcəsində mübarizə aparan Arif Niftullayev fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.