SON XƏBƏRLƏR

Masallıdan olan idmançı Arif Niftullayevin Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatındakı ilk rəqibi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 sentyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, yarışın keçiriləcəyi “Stark Arena”da yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən, Arif Niftullayevin (97 kq) 1/16 finaldakı rəqibi avstriyalı Daniel Qastl olacaq.

Qeyd edək ki, oyun 12 sentyabr Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.