SON XƏBƏRLƏR

Masallı şəhər N.Gəncəvi adına parkda “İdman hamı üçün” layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği ilə bağlı müxtəlif idman növləri üzrə master-klas keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbirə 100 nəfərdən çox iştirakçı qatılıb. Nümayiş etdirilən ustad dərsləri iştirakçıların və rayon sakinlərinin marağına səbəb olub.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.