Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Masallıdan olan pəhləvanımız, yunan-Roma güləşçisi Arif Niftullayev bürünc medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində Report.az-a istinadən verir.
O, italiyalı rəqibi Nikolos Kakelaşviliyə 97 kq çəkidə 2:1 hesabı ilə qalib gələrək, dünya üçüncüsü olub.
“Bürünc medal mənim üçün qızıla bərabərdir. Bu çəkidə Azərbaycanın medalı yox idi. İlkə imza atdığım üçün sevinirəm”, – deyə o, qələbəsindən sonra bildirib.
Qeyd edək ki, Arif Niftullayevin atası Azərbaycanın SSRİ dönəmində yunan-Roma güləşi üzrə ilk dünya çempionu olub.