SON XƏBƏRLƏR

Masallılı pəhləvan Əliyev Zəfər Avropada rəqiblərinin kürəyini yerə vurub. Bu haqda bu gün, 9 iyul tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Çimərlik güləşi üzrə keçirilən Avropa çempionatı Yunanıstanın Katerini şəhərində baş tutub. Azərbaycan yığma komandasını təmsil edən Masallı idmançısı Əliyev Zəfər Cəlal oğlu çempion olub. O, 90+ kq çəki dərəcəsində mübarizə aparıb.

Fəxrimiz, Masallı Gənclər İdman İdarəsinin nəzdində fəaliyyat göstərən UGİM-in idmançısıdır. Şəxsi məşqçisi həmin məktəbin sərbəst güləş üzrə baş məşqçisi Təhmasib İsayevdir.