SON XƏBƏRLƏR

Lerikli gənc atlet ağır atletika üzrə Azərbaycan Kubokunun qızıl medalçısı olub. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az Lerik RİH-yə istinadən xəbər verir.

Kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda iştirak edən lerikli atlet Füqan Əliyev 81 kq-a qədər olan atletlər arasında toplam 298 kq (137+161) nəticə göstərərək qızıl medalın sahibi olub.