SON XƏBƏRLƏR

Lənkəranlı idmançı beynəlxalq turnirdə fəxri kürsüyə yüksəlib. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Fəxrimiz olan Rahilə Hüseynzadə noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş turnirdə iştirak edib. 76 kq çəki dərəcəsində mübarizə aparan Rahilə Hüzeynzadə birdən qaldırmada 82 kq və təkanla qaldırmada isə 97 kq çəkinin öhdəsindən gəlib. Bununla da o, bürünc medal qazanıb.