Lənkərandan olan iki idmançı millinin heyətinə cəlb edilib. Bu haqda bu gün, 11 may tarixində Cenublu.az Lənkəran PİK-ya istinadən xəbər verir.
Bosniyanın Sarayevo şəhərində keçirilən “Multi Avropa Oyunları”na Azərbaycanın taekvondo üzrə milli komandası da qatılacaq. Milli komandamızın tərkibində Lənkəran döyüşçüləri Kərimova Leyla 37 kq, Əlizadə Həsən 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edirlər.