Lənkəranlı idmançılar ölkə birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda bu gün, 29 may tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet iştirak edib.
Turnirdə nailiyyətlər əldə edən Lənkəran komandasının atletləri:
l yer:
- Qənbərzadə Türkanə 49 kq çəki dərəcəsində;
- Qurbanlı Leyla 64 kq çəki dərəcəsində;
- Qənbərzadə Zəhra +81 kq çəki dərəcəsində;
- Əkbərov İlham 49 kq çəki dərəcəsində;
- Cabbarlı Dəniz 55 kq çəki dərəcəsində;
- Əliquliyev Sadiq +102 kq çəki dərəcəsində.
ll yer:
- Heydərov Hüseyn 81 kq çəki dərəcəsində;
- Süleymanov Ağakərim +102 kq çəki dərəcəsində.
llI yer:
- Hüseynov Əlimehti 49 kq çəki dərəcəsində;
- Babayev Nicat 81 kq çəki dərəcəsində.
İdmançıları məşqçi-müəllimlər Toğrul Məmmədli, Məmməd Məmmədov, Teymur Əliquliyev, Orxan Əliquluzadə, Əşrəf Cabbarzadə və Samir Hüseynov yarışa hazırlayıblar.
