SON XƏBƏRLƏR

Lənkəranlı gənc kikboksinq turnirində qızıl medala yiyələnib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinə istinadən xəbər verir.

V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Aslan Əsədov Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi turnirdə iştirak edib. Aslan “Xəzər” kikboksinq idman klubunun ikinci açıq çempionatında 37 kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.