Lənkəranlı idmançı Camal Feyziyev Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən kəmər güləşi üzrə beynəlxalq yarışmanın qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Belə ki, 17 ölkənin idmançılarının yarışdığı turnirdə 115 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev qızıl medala sahib olub və ona Tatarıstanın Prezidenti Rustəm Minnihanov tərəfindən motosiklet hədiyyə olunub.