Lənkəranlı şagirdlər sərbəst güləş üzrə U-15 məktəblilər arasında Azərbaycan çempionatında uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 may tarixində verir.
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarışda Lənkəran rayonu Separadi kənd tam orta məktəbinin şagirdi Əlizadə Ruslan Respublika çempionu olub.
Digər şagirdlər – İspərov Rusif II yerə, Mirhüseynov Ramal və Kərimov Elgün III yerlərə layiq görülüblər.
Qeyd edək ki, şagirdlərin idman müəllimləri Əməkdar məşqçilər Baba Rzayev və Şirəli Rzayevdir.