Bakı şəhərində keçirilən yunan-Roma güləşi və sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında Beynəlxalq “Təhsil” turnirində lənkəranlı idmançılar fəxri kürsülərə qalxıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində verir.
Azərbaycan Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi yarışda “Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM PHŞ-nin Sərbəst güləş idman növü üzrə idmançısı Əlizadə Seyhun II yerə, yunan-Roma güləşi idman növü üzrə Elmin Əliyev III yerə layiq görülüblər.
İdmançılarımızın məşqçi-müəllimləri Baba Rzayev və Alı Ağayev olublar.
Qeyd edək ki, beynəlxalq turnirdə Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən 400-dən artıq idmançı iştirak edib.