“Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM PHŞ-nin güləşçiləri rayonumuzu Azərbaycan birinciliyində təmsil ediblər. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Təhsil RİM-in Lənkəran şəhər UGİŞM-ə istinadən xəbər verir.
Bakı şəhərində baş tutmuş sərbəst güləş idman növü üzrə yarışmada 44
kq çəki dərəcəsində Əlizadə Ruslan Əliyar oğlu, 48 kq çəki dərəcəsində İsparov Rusif Asəf oğlu, 52 kq çəki dərəcəsində Şəfiyev Abbas Elvin oğlu və Kərimov Elgül fəxri kürsüyə yüksəliblər.
İdmançılarımızı yarışa Əməkdar məşqçi Baba Rzayev, məşqçi-müəllimlər Feyruz Əkbərov, Tofiq Səlimov, Əməkdar məşqçi Şirəli Rzayev hazırlayıblar.
2 idmançımız – Əlizadə Seyhun və Əlizadə Ruslan yayda keçiriləcək Avropa birinciliyində iştirak hüququ qazanıblar.