SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatında lənkəranlı güləşçilər uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində Azərbaycan Güləş Federasiyasına istinadən verir.

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 38, 44, 52, 62 və 75 kq çəki dərəcələrində ümumilikdə 168 sərbəst güləşçi mübarizə aparıb.

Lənkərandan olan Abbas Şəfiyev (38 kq) bürünc, Ruslan Əlizadə (44 kq) qızıl, Rusif İspərov (52 kq) gümüş, Elgün Kərimli (75 kq) isə bürünc medallara layiq görülüblər.