Lənkəranlı güləşçi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında gümüş medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Xasay Həsənli əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan Xasay Avropa ikincisi olub.
Qeyd edək ki, 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız ötən il analoji yarışın qalibi olub.