Türkiyənin Antalya şəhərində keçirilən U-17 Beynəlxalq Qələbə Kubokunda lənkəranlı təmsilçimiz qələbə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.
Belə ki, yunan-Roma güləşçisi Elmin Əliyev 80 kq çəkidə yarışmanın qızıl medalına layiq görülüb. Onun məşqçisi Alı Ağayevdir.
Qeyd edək ki, Yunan-Roma güləşi üzrə komanda təsnifatında Azərbaycan 173 xalla birinci yeri tutub.