SON XƏBƏRLƏR

“Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar məktəblilərlə maarifləndirici görüş keçirilib. Bu haqda bu gün, 9 mart tarixində Cenublu.az Deqədi kənd ümumi orta məktəbinə istinadən xəbər verir.

Deqədi kənd ümumi orta məktəbinin şagirdləri ilə həmyerlimiz, “dəri əlcək ustası” Elvin Qənbərov söhbətlər aparıb. Görüş zamanı Elvin Qənbərov şagirdlərə idmanın faydaları haqqında danışaraq onlara zərərli vərdişlərdən uzaq qalmağı tövsiyə edib.

Elvin ilk dəfə Bakıda yeniyetmələr arasında keçirilən turnirdə birinci yeri qazanıb. Daha sonra gənclər arasında keçirilən Respublika turnirində ikinci yeri tutub. 5 il “Qəbələ” idman klubunu təmsil edən boksçu yığma komandanın tərkibində beynəxalq yarışlara qatılıb.

Fəxrimiz bir neçə beynəlxalq turnirin qalibi və mükafatçısı olub. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya oyunlarında ikinci yer, Serbiyada birinci yer, Londonda isə ikinci yeri tutub.

2018-ci ildən Amerikada kariyerasını davam etdirən boksçu qeyd edib ki, orada əziyyətə qatlanmağı bacaran boksda yüksələ bilir. Amerikada fəaliyyət göstərdiyi müddətdə boksçu döyüşlərdə 16 qələbə əldə edib, 11 dəfə isə rəqiblərini nokaut etməyi bacarıb.

Sonda şagirdlər idmançımızın mükafatları ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.