Əslən Lənkərandan olan boksçu İsrafil Anar oğlu İslamov Avropa çempionu olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində verir.
Ermənistanın Yerevan şəhərində keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında həmyerlimiz 92 kq çəkidə mübarizə apararaq qızıl medala sahiblənib.
Qeyd edək ki, İsrafil İslamov Rusiya Federasiyasının vətəndaşıdır və turnirdə o, Rusiyanı təmsil edib.
