SON XƏBƏRLƏR

Azərbaycan Professional Boks Federasiyasının təşkil etdiyi Zəfər Gününə həsr olunmuş Professional Boks Beynəlxalq Turnirində lənkəranlı boksçu Ruslan Rəhmanov qələbə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.

Belə ki, 71 kq çəki üzrə mübarizə aparan Ruslan, keçirdiyi ilk peşəkar döyüşündə əzəli rəqibi Seyid Ağa Nağıyev üzərində tam üstünlüklə qələbə qazanıb və gecənin əzmkar boksçusu adına layiq görülüb.

Qeyd edək ki, Ruslan Rəhmanov 15 dekabr 1998-ci ildə Lənkəran şəhərində anadan olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olan Ruslan boks üzrə bir sıra Respublika və Beynəlxalq turnirlərin qalibi olub.