Lənkəranlı atlet Albaniyanın Dürres şəhərində keçirilən dünya birinciliyində çıxış edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in yetirməsi Dəniz Cabbarlı 55 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib.
Toplam 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.
Qeyd edək ki, atletimizin məşqçi-müəllimi Teymur Əliquliyevdir.