SON XƏBƏRLƏR

Lənkəranda “Zəfər Marafonu” devizi altında atletika idman növü üzrə kros qaçışı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Yarışma Lənkəran rayonunun Cil kəndində 7 noyabr saat 11:00-da baş tutacaq. Tədbirin proqramına 3000 metr məsafəyə qaçış daxildir.

Qaçışda iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməklə yarışa qatıla bilərlər.

Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunacaq. Əlavə məlumat və qeydiyyat üçün: (050) 449-18-56.

Qeyd edək ki, yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – “Zəfər Günü”nü qeyd etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək, bədən tərbiyəsi və idmanın təbliğinə, kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin idmana marağını artırmaq məqsədilə keçiriləcək.