SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Turnirin açılışında Vətən müharibəsinin iştirakçıları ,Vətən müharibəsi şəhidlərinin valideynləri və ailələri iştirak ediblər.

140 idmançının mübarizə apardığı turnirdə I,II,III yerləri tutan idmançılar  diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, turnir Lənkəran şəhər Gənclər və İdman idarəsinin və “Təhsil” RİM-in Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə baş tutub.